“Qarşımıza Avropa çempionatından medalla qayıtmaq vəzifəsi qoyulub”
20.08.2013 - 09:50
“Qarşımıza Avropa çempionatından medalla qayıtmaq vəzifəsi qoyulub”
“Hələ vaxtımız var. Gündə 10 saat fiziki hazırlığa diqqət yetirəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Rusiya millisinin baş məşqçisi Yuri Mariçev deyib.

Təcrübəli mütəxəssis gələn ay Almaniya və İsveçrədə start götürəcək Avropa çempionatında hədəflərini açıqlayıb.

Azərbaycan, Xorvatiya və Belarusla eyni qrupda yer alan şimal qonşularımızın çalışdırıcısı Qran-pridəki uğursuzluğun əvəzini bu yarışda çıxmaq arzusundadır: “Federasiya qarşımıza Avropa çempionatından medalla qayıtmaq vəzifəsini qoyub. Komandamız yenidir, uğurlara acdır. Şübhə etməyin, bizdən asılı olan hər şeyi edəcəyik. Çünki azarkeşlərimizi sentyabrda sevindirmək istəyirik”.

Qeyd edək ki, Rusiya Qran-pridə final mərhələsinə yüksələ bilməyib.