Xorvatiya millisinin oyunçusu yığmamızla matça nikbin baxır
20.08.2013 - 15:40
Xorvatiya millisinin voleybolçusu Sanya Popoviç sentyabrın 6-da Almaniya və İsveçrədə start götürəcək Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi ilə eyni qrupda yer alan xorvatların lideri qrup mərhələsinin oyunlarına nikbin baxır.
O bildirib ki, hazırda Mariborda təlim-məşq toplanışında olan komandada hər şey qaydasındadır: “Hazırlıqlarımız yüksək səviyyədə keçir. Gənclər, yeniyetmələr və əsas yığmada üst-ütə 14 il çıxış etmişəm. Demək olar ki, 1999-cu ildən indiki rejimlə çalışmağa öyrəşmişəm. Söhbət Xorvatiya millisindən gedəndə, həmişə yüksək əhval-ruhiyyədə və nikbin olmuşam. Avropa çempionatı ərəfəsində də eyni ilə belədir”.
Xorvatiya millisi ilk matçını Faiq Qarayevin yetirmələrinə qarşı keçirəcək. Sanyanın özlərinə görə bu matçla yanaşı, Rusiya və Belarusla görüşlərdə də əsas hədəfləri qələbə qazanmaq olacaq: “Düşünürəm ki, bizim üçün əsas I mərhələni keçməkdir. Sonra isə hər şey mümkündür. Yığmamızın əksər üzvləri güclü klublarda çıxış edirlər. Bu səbəbdən son yarışlarla müqayisədə daha da güclənmişik. İnanıram ki, yığmadakı ən yaxşı oyunlarımız qarşıdakı turnirdə olacaq”.
Qeyd edək ki, xorvatlar qrupumuzun oyunlarına ev sahibliyi edəcək Drezdenə gəlincə bir neçə yoxlama matçı keçirməyi də planlaşdırırlar.

0
0