Yığmamız bu dəfə uduzdu
21.08.2013 - 07:39
Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Bakıda səfərdə olan “Uraloçka” (Rusiya) ilə qarşılaşıb. Görüş bu dəfə 3:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Əsas komandamızla yanaşı, millimizin əvəzedici heyəti də sınaq oyununa çıxıb. Həmyerlilərimiz ölkəmizdə təlim-məşq toplanışı keçən İsveçrə yığması ilə qarşılaşıb və onlar da məğlub olublar - 0:3.
Əsas komandamızla yanaşı, millimizin əvəzedici heyəti də sınaq oyununa çıxıb. Həmyerlilərimiz ölkəmizdə təlim-məşq toplanışı keçən İsveçrə yığması ilə qarşılaşıb və onlar da məğlub olublar - 0:3.
0
0