Natalya Məmmədova üçün yeni reqlament
21.08.2013 - 08:29
Natalya Məmmədova üçün yeni reqlament
Qadın voleybolçular arasında Rusiya kubokunun reqlamentində ciddi dəyişikliklər baş verib. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız 2014/2015 mövsümündə oyunlara marağı artırmaq məqsədi ilə ilkin mərhələni tam ləğv ediblər.

Turnir 2 mərhələdən ibarət olacaq. Yarımfinalda 24 komanda 4 qrupa bölünəcək. Bu qrupların qalibi ilə yanaşı, ən yaxşı göstəriciyə malik 2 komanda “Altılar finalı”nı formalaşdıracaq. Turnirdə birinci olan isə CEV kubokunda iştirak hüququ qazanacaq.

Qeyd edək ki, oktyabrın əvvəli başlayacaq yarışda millimizin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” V qrupunda “Dinamo” (Krasnodar), “Xara Morin”, “Yenisey”, “Leninqradka” və “Primoroçka” ilə birgə yer alıb.