Azərbaycanda medal qazandı, Yaponiya klubuna keçdi - FOTO
22.08.2013 - 08:31
Azərbaycanda medal qazandı, Yaponiya klubuna keçdi - FOTO
“Azəryol”un (“Azərreyl”) müqavilə bağlamaqdan imtina etdiyi İndre Sorokayte karyerasını vətəndaşlığını daşıdığı İtaliyada da davam etdirə bilməyəcək. Apasport.az saytının məlumatına görə, A seriyasında çıxış edən “Novara” litvalı oyunçu ilə müqavilə bağlamağa yaxın olsa da, bu, son anda alınmayıb.

Nəticədə Bakı təmsilçisi ilə Super Liqanın gümüş medalını qazanan Sorokayte Asiyaya üz tutub. O, Yaponiyanın II liqasında mübarizə aparan “Denso Airybees”ə transfer olunub. İndrenin müqaviləsi 1 illikdir.

Qeyd edək ki, “Azəryol” onunla yanaşı, Debbi Stam, Karolina Vensink, Manon Flier (hər üçü Hollandiya), Riikka Lehtonen (Finlandiya), Milena Radeçka (Polşa) və Luna Karokki (İtaliya) ilə də müqaviləni uzatmaqdan imtina etmişdi.