Yığmamız Bakı hazırlığını başa vurub, İsveçrəyə yollandı
23.08.2013 - 08:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün səfərə çıxır. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Avropa çempionatına Bakı hazırlığını başa vuraraq, İsveçrəyə yollanır. Komandamız burada təlim-məşq toplanışının son mərhələsini keçərək, bir neçə yoxlama matçı da keçirəcək.
Voleybolçularımız bunun ardından birbaşa Drezdenə gedəcək. Onların Avropa çempionatının final mərhələsinin C qrupuna ev sahibliyi edəcəyi şəhərə sentyabrın 4-də yollanması planlaşdırılır.
Qeyd edək ki, qitə çempionatı sentyabrın 6-da başlayacaq və komandamız qrup mərhələsində Rusiya, Xorvatiya və Belarusla oynayacaq.

0
0