Bakı klubunu “Olimpiakos”a dəyişdi - FOTO
23.08.2013 - 08:35
Bakı klubunu “Olimpiakos”a dəyişdi - FOTO
“Lokomotiv”in müqavilə imzalamaqdan imtina etdiyi daha bir voleybolçu özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”la uğur qazana bilməyən Mixaela Monzoni karyerasını Yunanıstanda davam etdirməyə qərar verib.

29 yaşlı çexiyalı oyunçu “Olimpiakos”la anlaşıb. O, artıq 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, “Lokomotiv” Monzonidən öncə Ju Kosta (Braziliya), Maret Qrotues (Hollandiya), Meri Spayser (ABŞ), Tatyana Artmenko (İsrail), Aneta Havlikova (Çexiya) və Yuliya Tsvetkova (Andruşka, Rusiya) ilə də müqaviləni uzatmaqdan imtina etmişdi. Həmçinin, Bakı klubunun aparıcı üzvü Korina Suşke (Almaniya) dünya Qran-prisindən sonra analıq məzuniyyətinə çıxacağından karyerasında fasilə yaranacaq.