Azərbaycan çempionu fikrini dəyişdi
23.08.2013 - 17:36
Azərbaycan çempionu fikrini dəyişdi
Xorvatiya millisinin sabiq ulduzu Nataşa Osmokroviç karyerasını davam etdirməyə qərar verib. Apasport.az saytının məlumatına görə, 2011/2012 mövsümündə “Rabitə” ilə Azərbaycan və dünya çempionu olan 37 yaşlı oyunçu az öncə voleyboldan getdiyini açıqlasa da, fikrini dəyişib. O, artıq yeni ildən Bakı klubunun sabiq kapitanı Mira Qoluboviçin də şərəfini qoruyacağı “Volero” ilə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Osmokroviç son mövsümü Moskva “Dinamo”sunda keçirib.