Rusiya Azərbaycanla oyun üçün heyətini açıqladı - SİYAHI
24.08.2013 - 10:06
Rusiya Azərbaycanla oyun üçün heyətini açıqladı - SİYAHI
Qadın voleybolçulardan ibarət Rusiya millisinin Avropa çempionatının final mərhələsi üçün yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, şimal qonşularımızın baş məşqçisi Yuri Mariçev sentyabrın 6-da Almaniya və İsveçrədə start götürəcək yarışa aparacağı heyəti müəyyənləşdirib.

Azərbaycan millisi ilə C qrupunda yer alan ruslar Drezdenə Anna Matiyenko, Yekaterina Pankova, Yuliya Morozova, İrina Zaryajko, Anastasiya Şlyaxovaya, Natalya Dianskaya, Tatyana Koşeleva, Aleksandra Pasınkova, Viktoriya Çaplina, Natalya Malıx, Natalya Obmoçayeva, Darya İsayeva, Svetlana Kryuçkova və Anna Malıxdan ibarət “14-lük”lə gələcək. Heyətdə diqqətçəkən məqam Kazan “Dinamo”sunun blokçusu Mariya Borodakovanın yer almamasıdır. Komanda sentyabrın 3-nə kimi Novoqorskdə hazırlıq keçəcək.

Qeyd edək ki, qrupumuzda Rusiya ilə yanaşı, Xorvatiya və Belarus milliləri də yer alıblar.