Karyerasını Azərbaycanda davam etdirəcək
24.08.2013 - 13:30
Karyerasını Azərbaycanda davam etdirəcək
“İqtisadçı” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “universitet komandası” ötən ilki heyətdən daha bir voleybolçusunu heyətində saxlamağa qərar verib.

Belə ki, Bakı təmsilçisi 2012/2013 mövsümünün başa çatmasına 1 ay qalmış transfer etdiyi Daimi Ramires Eçevarria ilə müqaviləni uzadıb. Kuba yığmasının sabiq 2-ci zona voleybolçusu heyətində gümüş medal qazandığı “İqtisadçı”ya daha bir il kömək etməyə razılıq verib.

Qeyd edək ki, Çempionlar Liqasında oynayacaq komanda 30 yaşlı Olimpiya mükafatçısından öncə Kiuyue Vey, Ma Yun Ve, Li Çanq (hamısı Çin), Manon Flier (Hollandiya), Valentina Serena (İtaliya), Kim Vilouqbi, Ariel Uilson (hər ikisi ABŞ) və Lenka Dürrü (Almaniya) transfer edib. Ötən ilki heyətdən isə Onuma Sittirak, Vilavan Apinyaponq, Pleumjit Zinkaov və Vanna Buakeva (hamısı Tailand) ilə müqavilənin müddətini uzadıb.