Yığmamız İsveçrədə də qələbə qazandı
26.08.2013 - 08:43
İsveçrədə təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, rəqib Bakıda 3 dəfə məğlub etdiyimiz ev sahibləri olub.
Komandamız Sürixdə də isveçrəlilərə qalib gəlib. Belə ki, hesabda 2 dəfə geri düşən yığmamız sonda rəqibindən güclü olduğunu sübut edib – 3:2 ( 22:25, 25:21, 23:25, 26:24, 15:8).
Qeyd edək ki, sentyabrın 4-ə kimi İsveçrədə olacaq millimiz hələ bir neçə sınaq matçı keçirəcək. Ardınca Avropa çempionatının final mərhələsinin qrupunda görüşləri üçün Drezdenə yollanacaq.

0
0