“Federasiya bizdən 100 faiz medal gözləyir”
26.08.2013 - 14:41
“Qran-Pri ilə erkən vidalaşmağımız bizə sakitləşmək və qarşıdakı Avropa çempionatına hazırlaşmaq üçün daha çox vaxt verdi. Bu da bizə yarışa əla əhval-ruhiyyə və yüksək formada yollanmaq imkanı yaradacaq”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya millisinin voleybolçusu Tatyana Koşeleva deyib.
Təcrübəli oyunçu Qran-Prinin finalına yüksələ bilməmələrinə baxmayaraq, Avropa çempionatında inamlı çıxış edəcəklərinə inanır. Koşeleva final mərhələsinin qrupunda Azərbaycan, Belarus və Xorvatiya ilə görüşlərdə uğurlu çıxışa, ardınca medal qazanacaqlarına şübhə etmədiklərini deyib: “Federasiya bizdən 100 faiz medal gözləyir. Heyətimizdə çox güclü voleybolçular var. Hər şey özümüzdən, istəyimizdən asılıdır. Biz ən azından hər şey edəcəyik ki, bu vəzifənin öhdəsindən gələk”.

0
0