“Azərreyl” istəmədi, vətəninə qayıtdı - FOTO
27.08.2013 - 10:03
“Azərreyl” istəmədi, vətəninə qayıtdı - FOTO
“Azərreyl”dən ayrılan növbəti voleybolçunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, ötən mövsüm “Bakı-Azəryol” adlanan komanda rusiyalı Olqa Erqardtla vidalaşıb.

Belə ki, paytaxt təmsilçisi müqaviləsi bitən dioqnal oyunçunu yeni mövsümdə heyətində görmək istəməyib və rusiyalı legioner vətəninə dönüb. O, artıq “Ufimoçka” ilə razılığa gələrək, 1 illik heyətində oynamağa razılıq verib.

Qeyd edək ki, komandada Olqadan öncə Vendula Adlerova (Çexiya) və Tamas Cennifer (ABŞ) karyerasını bitirdiyini açıqlamışdılar.