“Komandamızın qrupdan çıxmaq şansı yoxdur”
27.08.2013 - 11:52
“Komandamızın qrupdan çıxmaq şansı yoxdur”
“Avropa çempionatının final mərhələsində yığmamız çox ağır qrupa düşüb”. Apasport.az saytının məlumatına görə, bunu Belarus millisinin sabiq voleybolçusu Yuliya Markovskaya deyib.

Hazırda Ukraynanın “Severodonçanka” klubunun şərəfini qoruyan veteran oyunçu millisinin Avropa çempionatında şanslarını dəyərləndirib. Əsas komandaya Viktor Qonçarovun gəlişindən sonra çağrılmayan Markovskaya sentybarın 6-da start götürəcək final mərhələsində pley-offa yüksəlmələrini uğur kimi qiymətləndirəcək: “Millimiz Rusiya, Azərbaycan və Xorvatiya ilə mübarizə aparmalıdır. Düşünürəm ki, hazırda yığmamız çox gəncdir. Məncə, komandamızın qrupdan çıxmaq şansları demək olar yoxdur. Əgər onlar belə bir qrupdan pley-offa çıxsalar, bu uğurdur. Hazırda millinin düşərgəsində olmasam da, komandamıza azarkeşlik edəcəm”.