“Onlarla məsləhətləşəndən sonra Bakı klubunu seçdim” - FOTO
28.08.2013 - 15:49
“Lokomotiv”də bir çox oyunçuları tanıyıram və onların hamısının məsləhətlərini dinlədikdən sonra qərarımı verdim”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in yeni transferi Lauren Gibbemeyer deyib.
ABŞ millisinin təcrübəli orta sahə oyunçusu Bakı klubuna keçidinə münasibət bildirib. Onun sözlərinə görə, “dəmiryolçuları” iddialı olduğu üçün seçib: “Voleybolda ən sevdiyim özəllik komanda halında oynamaqdır. Çünki onda hamının 1 istəyi olur ki, o da qalib gəlməkdir. “Lokomotiv”də də komanda olaraq, hədəfimiz fərdi təcrübəmizi bir araya gətirərək, məhz komanda halında uğurlara imza atmaqdır”.
Gibbemeyer Türkiyə mətbuatına verdiyi müsahibəsində Yaponiyada keçirilən dünya Qran-Prisinin final mərhələsində yığmasının çıxışına da toxunub. Hazırda komandası ilə birgə çempionluq uğrunda mübarizə aparan voleybolçu bunun üçün güclü heyətlərinin olmasını əsas gətirib: “Qran-Pri üçün çox çalışdıq və komanda olaraq fədakarlıqla irəliləyirik. Belə intizamlı oynasaq, qalib olacağımıza inanıram. Şimali Amerika çempionatı da çox çətin keçəcək. Lakin biz də güclüyük və çempionluğa iddialıyıq”.

0
0