Cəmşid Məhərrəmov və Kristian Torres “Rəvan”da
29.08.2013 - 14:01
“Rəvan” bu gün daha 3 transferi həyata keçirəcək. Apasport.az saytının məlumatına görə, bu, “Rəvan”ın son transferləri olacaq.
Bunu bizə açıqlamasında klubun vitse-prezidenti Bəhruz Şirəliyev dedi: “Bu gün bizdə məşq edən Kamal Bayramov və Kristian Torreslə müqavilə bağlayacağıq. Eləcə də, Cəmşid Məhərrəmovu da heyətimizə qatacağıq. Bununla da transfer keçidini tamamlamış olacağıq”.
Qeyd edək ki, ötən mövsümü “Xəzər Lənkəran” və “Turan”da keçirmiş olan qapıçı Kamal Bayramov vaxtilə “Muğan”da çıxış edib. Bu üzdən onu bir növ sabiq “Rəvan”lı kimi qələmə vermək olar. Bu yay “Qarabağ”dan ayrılan argentinalı yarımmüdafiəçi Kristian Torres də “Rəvan”dan ağdamlılara getmişdi. Cəmşid Məhərrəmovun son klubu isə “Kəpəz” olub.
Səbuhi TOFİQOĞLU

0
0