Gümüş mükafatçımız Hollandiya millisinə kömək edəcək
29.08.2013 - 16:20
Qadın voleybolçulardan ibarət Hollandiya millisinin Avropa çempionatının final mərhələsi üçün yekun heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “narıncılar”ın baş məşqçisi Qido Vermeulen açıqladığı “12-liyə” yeni mövsümdə də Azərbaycanda oynayacaq oyunçunun adını daxil edib.
Təcrübəli mütəxəssis Super Liqanın gümüş mükafatçıları - “Azəryol”u “İqtisadçı”ya dəyişən Manon Flieri Almaniya və İsveçrədə baş tutacaq həlledici mərhələyə aparmağa qərar verib. Heyətdə həmçinin ölkəmiz üçün yenə tanış simalar - Maret Qrotues və Quinta Stenbergen də var.
Qeyd edək ki, Hollandiya Türkiyə, Almaniya və İspaniya ilə birgə A qrupunda yer alıb.

0
0