“Lokomotiv”ə yeni voleybolçu qoşuldu - FOTO
30.08.2013 - 17:18
Azərbaycanı CEV kubokunda təmsil edəcək “Lokomotiv”in düşərgəsinə daha bir voleybolçu qoşulub. Komandadan apasport.az saytına verilən məlumata görə, Cənubi Koreya millisinin toppaylayıcısı Sa-Ni Kim Boluda təlim-məşq toplanışında olan “dəmiryolçular”a qoşulub. Bununla da “Lokomotiv” 7 voleybolçu ilə hazırlığını davam etdirir. Qonşu ölkədə hazırlıq isə sentyabrın 10-dək nəzərdə tutulub.
Qeyd edək ki, Kimə qədər Valdone Petrauskayte (Litva), Aleksis Krimes, Uitni Dosti (hər ikisi ABŞ), Aleksandra Samoylova (Rusiya), Katarina Barun (Xorvatiya) və Gizem Giraygili (Türkiyə) məşqlərə qoşulmuşdu. Bakı təmsilçisinin digər oyunçuları isə millilərinin heyətindədir.

0
0