Bakı klubu “Partizan”la görüşün hazırlıqlarına başlayır
02.09.2013 - 12:04
Azərbaycanı CEV kubokunda təmsil edəcək “Azərreyl” yeni mövsümün hazırlıqlarına start verməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, avrokubokda Serbiya “Partizan”ı ilə qarşılaşacaq sabiq “Azəryol” təlim-məşq toplanışına Bakıda başlayacaq.
Komandamız ardınca qonşu Türkiyəyə səfər edəcək və burada bir turnirdə də qüvvəsini sınayacaq. Aleksandr Çervyakovun rəhbərlik etdiyi “Azərreyl”in artıq sınaqçı rəqiblərindən birinin də adı məlumdur. Belə ki, Bursada baş tutacaq yarışda “dəmiryolçular” “Bursa Böyükşəhər Bələdiyyəspor” və hələ adı dəqiqləşməyən 2 türk klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Bakı klublarından hələlik “Rabitə”, “Telekom” və “Lokomotiv” yeni mövsümün hazırlıqlarına başlayıb.

0
0