Belarus millisinin kapitanı Bakı klubuna lazım olmadı
02.09.2013 - 15:21
Belarus millisinin kapitanı Bakı klubuna lazım olmadı
Belarus millisinin voleybolçusu Olqa Palçevskayanın “Lokomotiv”dəki taleyinə aydınlıq gəlib. Komandadan apasport.az saytına verilən məlumata görə, son 2 ili paytaxt təmsilçisində oynayan 29 yaşlı toppaylayıcı ilə müqavilənin artırılması məqsədə uyğun hesab olunmayıb. Nəticədə Belarus millisinin kapitanını ilə yollar ayrılıb.

Qeyd edək ki, Avro-2013-də Azərbaycan millisinin qrupunda rəqibimiz olan Palçevskaya “dəmiryolçular”la “Çelenc Cup”ı qazanıb, Super Liqanın gümüş medalına yiyələnib.