Türkiyə Avropa çempionatı ilə vidalaşdı
12.09.2013 - 08:13
Qadın voleybolçular arasında Almaniya və İsveçrədə keçirilən Avropa çempionatında yarımfinalçılar məlum olub. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsində baş tutan qarşılaşmalardan sonra Serbiya, Rusiya, Almaniya və Belçika milliləri medal uğrunda çıxışlarını davam etdirirlər.
Belə ki, yarımfinala gedən yolda yalnız Fransa yığması rəqibinə ciddi müqavimət göstərməyi bacarıb. Lakin 2 dəfə hesabda önə keçən komanda sonda Belçikaya uduzaraq, yarışa vida edib.
Azərbaycanla eyni qrupda yer alıb, bu mərhələyə kimi irəliləyən Rusiya və Xorvatiya millilərindən isə ikincilər mübarizəni dayandırıblar. Şimal qonşularımız Türkiyə komandasına asan qalib gəldiyi halda, xorvatlar “quru hesabla” məğlub ediblər.
Digər 1/4 final cütündə son Avropa çempionu olan Serbiya millisi vaxtı ilə dünyada liderlərdən olan İtaliya voleybolçularına qalib gəliblər. Apenninlilər onlara yalnız 2-ci setdə müqavimət göstərə biliblər.
Beləliklə, 1 günlük istirahətdən sonra yarımfinalda Rusiya Serbiyanı, Almaniya Belçikanı sınağa çəkəcək.
1/4 final
11 sentyabr
Rusiya – Türkiyə - 3:0 (25:20, 25:23, 25:19)
Belçika – Fransa – 3:2 (22:25, 25:23, 21:25, 25:20, 15:9)
Almaniya – Xorvatiya – 3:0 (25:23, 25:23, 25:18)
Serbiya – İtaliya – 3:0 (25:14, 28:26, 25:18)
1/2 final
13 sentyabr
20:00. Rusiya – Serbiya
23:00. Almaniya – Belçika
Avropa çempionatına vida edən yığmaların sıralaması
5. Xorvatiya
6. İtaliya
7. Türkiyə
8. Fransa
9. Hollandiya
10. Çexiya
11. Polşa
12. Belarus
13. Bolqarıstan
14. İsveçrə
15. Azərbaycan
16. İspaniya

0
0