Elxan Əliyev: Onlar bizim planlarımızı pozdu - MÜSAHİBƏ
12.09.2013 - 12:31
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Əliyevin apasport.az saytına müsahibəsi
- Yığmamızın III İslam Həmrəyliyi Oyunlarında iştirakı nəzərdə tutulmuşdu. Amma 1 gün öncə açıqlanan heyətdə millimizin yer almadığı bəlli oldu. Bunun səbəbi nədir?
- Bəli, mən daha öncə də saytınıza bu yarışa ciddi hazırlaşdığımızı və yollanacağımızı demişdim. Komanda məsuliyyətini bilirdi və əsas heyətlə yollanacaqdıq. Lakin təşkilatçı ölkə - İndoneziyanın turnirin vaxtını dəyişməsi bizim planlarımızı pozdu (yarışın startı iyunun 6-na nəzərdə tutulmuşdu). Çünki yığmamızın əksəriyyəti, yəni legionerlərimiz ölkə xaricində çıxış edirlər. İslam Həmrəyliyi Oyunlarının startı ərəfəsində isə onların çıxış edəcəkləri klublar mövsümün hazırlıqlarını keçəcəklər. Bunun üçün də istər Aleksandr Rındin, Rasim Başak, Çarlz Deviz, Rolanda Əliyev, istərsə də digərləri düşərgəmizə gələ bilməyəcəklər.
- Onların klubları ilə danışıq aparıb, müvəqqəti, ən azından növbə ilə oyunlara gətirmək də mümkün deyildi?
- Biz İslam Həmrəyliyi Oyunların son qalibiyik. Bu dəfə də uğurumuzu təkrarlamaq istəyirdik. Lakin bizim həmin oyunçularla və onların çıxış etdiyi klublarla müqaviləmizin şərtləri tam fərqlidir. Həmin basketbolçular yalnız Olimpiya Oyunları, dünya və Avropa çempionatlarının matçları zamanı bizə kömək edə bilərlər. Bundan əlavə, bu yarışı FİBA rəsmən tanımır.
- Yerli oyunçularla getsəydiz də, ən azı mükafatçılar sırasına düşə bilərdiz. Çünki həmin turnirdə iştirak edənlərdən hansısa elə tanınmış deyil...
- Fikrimcə, bu heyət düzgün olmazdı. Çünki yerlilər arasında da məsələn Tahir Baxşiyev, Anar Sarıyev məşqlərini dayandırıblar. Karyeralarını bitirib-bitirmədiyini dəqiq deyə bilmərəm. Ancaq klublarında hazırlıq keçmirlər.
- Ümumiyyətlə, millidə yenilik gözlənilirmi?
- Ciddi dəyişiklik yoxdur. Hazırda Sloveniyada Avro-2013-ün final mərhələsi gedir. Biz də orada ola bilərdik. Çünki ən azından İsveçi qabaqlamaq üçün gücümüz vardı. Lakin buraya yollana bilmədik. Qrupumuzdan çıxan İsveç 1, Almaniya isə 2 qələbə ilə yarışa aratıq vida edib, evlərinə yollanıb. Mən demirəm, biz 100-də 100 nəsə edərdik. Sadəcə, düşünürəm ki, yaxşı çıxış etmək mümkün idi. Hazırda yenidən güclülər dəstəsinin yeni seçmə mərhələsini gözləyirik. İstəyirik ki, Avro-2015-də inamla oynayıb, mərhələ adlayaq.
- Ölkə çempionatının startı nə vaxta nəzərdə tutulub? Artıq iştirakçı komandalar məlumdurmu?
- Ötən il yarışda oynayan klublar yenidən mübarizə aparacaq. Düzdür, son durumla bağlı dəqiq məlumat olmasa da, biz komandalara məktub göndərmişik. Ayın sonunda bir araya gəlib bunu müzakirə etməliyik və startın müddətini dəqiqləşdirməliyik.

0
0