“Azərreyl”dən “Azəryol”a
13.09.2013 - 08:25
“Azərreyl”dən “Azəryol”a
Kubalı Yuside Sillie və amerikalı Cessika Consun Azərbaycanda oynayacağı klub müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Azərreyl” və “Azəryol”un birgə qərarına əsasən hər 2 legioner ikincilərin şərəfini qoruyacaq. Buna səbəb Çempionlar Liqasında oynayacaq “Azəryol”un baş məşqçisi Ancelo Vercesinin onları heyətdə görmək istəyidir.

Qeyd edək ki, Sillie ötən mövsümü “Bakı-Azəryol”da keçirmişdi. Görünür, komanda adını dəyişsə də, o, “Azərreyl” “səddi”ni aşıb.

“Azəryol” daha öncə isə Tom Loqan (hər ikisi ABŞ), Lizvel Eliza Eve-Kastilyo (Dominikan Respublikası), Lora Kitipova (Bolqarıstan), Çyara di Yulio (İtaliya), Polina Rəhimova, Oksana Parxomenko, Kseniya Kovalenko, Yana Ağayeva və Odina Əliyeva (hamısı Azərbaycan) ilə də müqavilə bağlayıb.