Bakı dünya voleybolunun “Top-10”unda
13.09.2013 - 09:55
Bakı dünya voleybolunun “Top-10”unda
Dünyanın 10 ən yaxşı voleybol şəhərinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu şəhərlər arasında Azərbaycan paytaxtı Bakı da yer alıb.

Belə ki, rusiyalı həmkarlarımız voleybolun inkişafına və komandalarının sayına əsasən Bakını “onluğa” daxil edib. Düzdür, yazı müəllifi Super Liqada 7 klubun mübarizə apardığını, onlardan altısının paytaxtı təmsil etdiyini qeyd etsə də, əslində, Azərbaycan bölgələrində bu idman növü üzrə komanda yoxdur.

Onlar digər şəhərlərdə kişi voleybolunun da inkişafını, ölkəmizdə legioner limitinin olmamağını və klublarımızın heyətinin əsasını əcnəbilər qeyd etdiyini də xüsusi qabardıblar.

Siyahıda Bakı ilə yanaşı, Kazan, Belqorod (hər ikisi Rusiya), İstanbul (Türkiyə), Jeşuv, Lodz (hər ikisi Polşa), Tokio (Yaponiya), Trento, Modena (hər ikisi İtaliya) və Rio-de-Janeyro (Braziliya) yer alıblar.