“Azərbaycandan yenə təklif gələrsə, bundan qürur duyaram” - FOTO
13.09.2013 - 15:08
Azərbaycan Basketbol Federasiyasının sabiq baş meneceri Levent Türknas Türkiyənin “Pınar Karşıyaka” klubundan ayrılıb. Bu barədə məlumatı apasport.az saytına mütəxəssisin özü verib.
Onun sözlərinə görə, bir müddət əvvəl komandadan ayrılmasında klub rəhbərliyində dəyişikliklərin olması mühüm rol oynayıb: “Türkiyə çempionatında pley-offda “Fənərbaxça”ya qalib gələrək, yarışı ilk “dördlük”də bitirdik. Lakin komandada çempionat başa çatan kimi klub rəhbərliyi, o cümlədən prezident işləməkdən imtina etdi. Nəticədə yeni rəhbərlik gəldi. Onlarla da aramızda fikir ayrılığı oldu, işimə qarışmaq istədilər və mən də belə çalışa bilməyəcəyimi deyib, ayrıldım”.
Türknas bildirib ki, İzmir təmsilçisində işlədiyi müddətdə onun danışıqlarından sonra “EuroChallenge”in “Dördlər finalı”nı bu şəhərə gətirmiş, burada yalnız finalda 2 xal fərqi ilə uduzaraq, Avropa ikincisi olublar. O, hazırda Türkiyə Liqasından 2-3 təklif alsa da, qitə kubokunda oynayan komandada işləmək arzusunda olduğunu deyib.
2009-2012-ci illərdə millimizdə çalışan Türknas yenədən Azərbaycana gəlməyin əleyhinə də deyil: “Hazırda mənə belə bir təklif yoxdur. 2014-cü ilin yayında milli Avropa çempionatında çıxış edəcək. Həmin komandada 3 il baş məşqçi Elxan Əliyevlə birgə işləməklə böyük inkişafa nail olduq. Əgər Azərbaycandan yenə təklif gələrsə, bundan qürur duyaram”.

0
0