“Azərbaycan millisinə qarşı əzmkarlıq nümayiş etdirdik” - FOTO
13.09.2013 - 17:50
“Azərbaycan millisinə qarşı əzmkarlıq nümayiş etdirdik” - FOTO
“Biz qrup mərhələsində Azərbaycan, Rusiya və Xorvatiya ilə oynadıq. Şübhəsiz ki, 3 matçdan 2-si bizdə alındı”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Belarus millisinin baş məşqçisi Viktor Qonçarov deyib.

Təcrübəli mütəxəssis Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Qrup mərhələsində yalnız Azərbaycana qalib gələrək, pley-offda Türkiyəyə uduzan Qonçarov çıxışlarını dəyərləndirib: “Hazırkı dünya çempionları Rusiya ilə ilk 2 hissəni bərabər səviyyədə mübarizə aparmağımız çox xoşuma gəldi. Lakin sonda rəqibin səviyyəsi öz sözünü dedi. Azərbaycan millisinə qarşı da əzmkarlıq nümayiş etdirdik və bu görüşü çox yaxşı səviyyədə keçirdik. Bu oyunda qalib gələrək özümüzə növbəti mərhələyə vəsiqəni təmin etdik və Avropanın ən güclü 12 komandası sırasına daxil olduq. Xorvatiya yığmasının isə bütün oyunçuları Rusiya, İtaliya, Azərbaycan və Polşanın aparıcı klublarında çıxış edir. Aydın məsələdir ki, komandamız gəncdir və orta yaş həddi 24-dür. Bu da təcrübəli rəqiblərə qarşı oyunda özünü göstərir. Pley-offa da yaxşı başladıq. Lakin bizi hər mövqedə üstələyən rəqib mərhələ adladı”.

Qeyd edək ki, Belarus Azərbaycana 3:0 hesabı ilə qalib gəlmişdi.