Avropa çempionları titullarını təhvil verdi
14.09.2013 - 09:07
Avropa çempionları titullarını təhvil verdi
Qadın voleybolçular arasında Almaniya və İsveçrədə keçirilən Avropa çempionatında finalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1/2 final mərhələsində baş tutan qarşılaşmalardan sonra Rusiya və Almaniya çempionun adına aydınlıq gətirəcək.

Belə ki, ilk yarımfinal cütündə son dünya çempionları Rusiya axırıncı Avropa çempionu Serbiya ilə qarşılaşıb. Oyun Azərbaycan millisinə də “quru hesabla” qalib gəlmiş şimal qonşularımızın asan qələbəsi ilə yekunlaşıb.

Bu matçdan fərqli, Almaniya – Belçika dueli gərgin mübarizə şəraitində keçib. İkincilərin 2:0 hesabı ilə öndə olmasına baxmayaraq, Berlində baş tutan matçda ev sahibləri ruhdan düşməyiblər. Onlar rəqibin sensasiya etməsinə imkan verməyərək, 3:2 hesabı ilə qalib gəliblər.


1/2 final
13 sentyabr

Rusiya – Serbiya – 3:0 (25:23, 25:19, 25:12)
Almaniya – Belçika – 3:2 (18:25, 20:25, 25:21, 25:21, 15:11)


14 sentyabr
3-cü yer uğrunda

Serbiya – Belçika

FİNAL
Rusiya – Almaniya

Avropa çempionatına vida edən yığmaların sıralaması

5. Xorvatiya
6. İtaliya
7. Türkiyə
8. Fransa
9. Hollandiya
10. Çexiya
11. Polşa
12. Belarus
13. Bolqarıstan
14. İsveçrə
15. Azərbaycan
16. İspaniya