Dünya çempionatının finalçısı “Azərreyl”də!
14.09.2013 - 10:13
“Azərreyl” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Serbiya millisinin sabiq voleybolçusu Dusanka Kariçlə razılığa gəlib.
27 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb. O, Bakı klubuna son 2 ildə şərəfini qoruduğu Fransa “Haynaut”undan gəlib. Kariç daha öncə “Postar 064” (2003-2006), “Dinamo Azotara” (2008-2009, hər ikisi Serbiya), “Melun-La Roçette” (2006-2008, Fransa), “Unic Piatra Neamt” (2009-2010, Rumıniya) və “Karşıyaka” (2010-2011) klublarında çıxış edib.
Millisində 40 matça çıxan Dusanka 2005-ci ildə 20 yaşadək millilərin mübarizəsində dünya çempionatının gümüş medalına yiyələnib. O həmçinin, 1 dəfə Serbiya çempionatının (2006) və 3 dəfə bu ölkənin kubokunu (2004, 2005, 2006) qazanıb.
Qeyd edək ki, “Azərreyl” bundan öncə Qvendolin Ruker, Cennifer Doris (hər ikisi ABŞ) və Ayşən Abduləzimova (Azərbaycan) ilə müqavilə bağlayıb.

0
0