Yığmamıza qalib gəlib, vətənində gül-çiçəklə qarşılandı
14.09.2013 - 11:05
Yığmamıza qalib gəlib, vətənində gül-çiçəklə qarşılandı
Qadın voleybolçulardan ibarət Xorvatiya millisi vətəninə dönüb. Apasport.az saytının məlumatına görə, Almaniya və İsveçrədə keçirilən Avropa çempionatında 5-ci yeri tutan yığma üzvləri gül-çiçəklə qarşılanıblar.

Komandanın baş məşqçisi İqor Lovrinov yetirmələrinin yarışdakı çıxışından razı qalıb. Çalışdırıcı xüsusilə Azərbaycan və Hollandiya üzərində qələbəni xüsusi qabardıb. O bildirib ki, ilk matçda millimizə qalib gəlməsi yerinə düşüb.

Qeyd edək ki, Xorvatiya voleybolçuları qrup mərhələsində Azərbaycan və Belarusa qalib gəlib, Rusiyaya uduzaraq pley-offa ikinci kimi çıxıb. Ardınca burada Hollandiyanı da məğlub edən komandanın yarımfinala gedən yolunu isə ev sahibləri - Almaniya kəsib.