Yığmamızın hücumçusundan qələbə ilə start
24.09.2013 - 10:26
Qadın voleybolçular arasında Rusiya Super Liqasına start verilib. Apasport.az saytının məlumatına görə, ilk turda Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” “Proton”un qonağı olub.
Görüş Omsk təmsilçisinin qələbəsi ilə başa çatıb – 3:1 (25:16, 25:16, 19:25, 25:17). Məmmədova qarşılaşmada 9 xal toplayıb.
Çempionlar Liqasında “İqtisadçı”nın rəqibi olan Moskva “Dinamo”su da turu qələbə ilə başa vurub. Onlar “Uraloçka”dan güclü olublar - 3:2 (23:25, 25:13, 26:24, 22:25, 15:12).
Qeyd edək ki, Məmmədova Avropa çempionatındakı uğursuzluqdan sonra millidən gedəcəyini bildirsə də, buna hələ tam dəqiqlik gəlməyib.

0
0