Katarjina Skovronska: Biz bütün yarışlarda güclüyük - MÜSAHİBƏ
25.09.2013 - 10:02
“Rabitə”nin polşalı voleybolçusu Katarjina Skovronska vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, 2 qat Avropa çempionu Bakı klubuna keçidindən və hədəflərindən danışıb.
- “Rabitə”yə keçidiniz necə baş tutdu?
- Azərbaycan çempionunun nümayəndələri mənim yığma və klubdakı oyunumu nəzərə alaraq, komandaya dəvət etdilər. Bunda mənim uğurlu çıxışımın da rolu oldu. Bunun sayəsində də “Rabitə”yə keçdim. Mənə belə böyük klubda oynamaq imkanı yaratdığı üçün onlara minnətdaram.
- “Rabitə”nin italiyalı baş məşqçisi Angiolino Frigoni sizin komandaya gec qoşulmağınızdan narazı qalmayıb ki? Axı, klubun hazırlığa başladığı zaman siz Polşa millisinin düşərgəsində idiz...
- Düşünürəm ki, mən millinin heyətində də yaxşı hazırlıq keçmişəm. Sadəcə, müəyyən problemlər var.
- Bu problemlər mövsümdə hansısa çətinliklər yaratmayacaq?
- Yox. Yorğunluq və cüzi zədəm vardı. Artıq yavaş-yavaş özümə gəlirəm. Mövsümdə hansısa problemdən söhbət gedə bilməz.
- Qarşıda sizi çətin mövsüm gözləyir. “Rabitə” həm Çempionlar Liqasında, həm də ölkə çempionatında mübarizə aparacaq. Buna nə dərəcədə hazırsız?
- Mən yenicə komandaya qoşulmuşam. Ümid edirəm ki, yeni klubuma uyğunlaşmaq problemi yaşamayacam. Avropa çempionatından sonra “Rabitə”nin bütün heyətin bir araya gəlməsi və hər bir yarışa lazımınca köklənəcəyinə şübhə etmirəm.
- Karyeranız boyu bir çox mükafatlar qazanmısız. Sizcə Bakı təmsilçisi ilə aktivinizə növbəti titul əlavə etmək çətin olmayacaq ki?
- Biz iştirak edəcəyimiz yarışlarda uğur qazanmağı bacarmaq gücündəyik.

0
0