Bakı klubu İtaliya çempionu ilə yoxlama matçı keçirəcək
25.09.2013 - 12:08
Azərbaycanı CEV kubokunda təmsil edəcək “Lokomotiv” İtaliyaya yollanacaq. Apasport.az saytının məlumatına görə, təlim-məşq toplanışına Türkiyədə start verib, Bakıda davam etdirən “dəmiryolçular” burada 3 yoxlama matçı da keçirəcəklər.
Belə ki, sentyabrın 29-da Apennin yarımadasına gedəcək “Lokomotiv”in artıq 2 rəqibi bilinib. Bunlar son İtaliya çempionu “Pyaçentsa” və A seriyasına yeni yüksələn “Kasalmaqqiore”dir. Digər rəqibin adına və oyunların tarixinə bu həftə aydınlıq gələcək.
Qeyd edək ki, komandamız vətənə oktyabrın 6-da qayıdacaq.

0
0