“Ölən” komandadan “Azərreyl”ə - FOTO
25.09.2013 - 12:23
“Azərreyl” heyətini daha bir voleybolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” artıq yeni mövsümdə olmayacağı bilinən “Lokomotiv Biləcəri”dən Ayşən Abduləzimovanın ardınca Yekaterina Jidkova ilə də müqavilə imzalayıb.
Autsayderin heyətində heç nə ilə yadda qalmayan ukraynalı “Azərreyl”ə CEV kubokunda və Super Liqada ən azı 1 il köməklik edəcək. Jidkova ilə yanaşı, “Lokomotiv Biləcəri”nin digər legioneri Anna Kudakova da bu kluba keçə bilər. “Azərreyl”in düşərgəsində olan voleybolçu ilə bağlı son qərar bugünlərdə veriləcək.
Qeyd edək ki, “Azərreyl” daha öncə Dusanka Kariç (Serbiya), Cennifer Dorisi transfer edib, Qvendolin Rukerlə (hər ikisi ABŞ) müqaviləni artırıb.

0
0