9 yeni, 4 köhnə - SİYAHI
25.09.2013 - 16:21
9 yeni, 4 köhnə - SİYAHI
“Rabitə” və “Lokomotiv”in ardınca “İqtisadçı” da 2013/2014 mövsümü üçün heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ötən ili gümüş medalla başa vuran “universitet komandası” yeni mövsümdə güvənəcəyi “12-liyi” müəyyənləşdirib.

Belə ki, Çempionlar Liqasında debüt edəcək Bakı təmsilçisi ilə yeni baş məşqçi və 8 voleybolçu ilə başlayacaq. Komanda ötən ilki heyətdən yalnız 4-ni saxlamağa qərar verib ki, bunlar da tailandlılardır.

Gələnlər: Kiuyue Vey, Ma Yun Ve, Li Çanq (hamısı Çin), Manon Flier (Hollandiya), Valentina Serena (İtaliya), Kim Vilouqbi, Ariel Uilson (hər ikisi ABŞ), Lenka Dürr (Almaniya), Bülənt Karslıoğlu (baş məşqçi, Türkiyə)

Müqaviləsi uzadılanlar: Onuma Sittirak, Vilavan Apinyaponq, Pleumjit Zinkaov, Vanna Buakeva (hamısı Tailand)

Toppaylayıcılar: Vey, Serena
Blokçular: Zinkaov, Uilson, Ma
Hücumçular: Sittirak, Apinyaponq, Vilouqbi, Flier, Çanq
Liberolar: Buakeva, Dürr
Baş məşqçi: Karslıoğlu

Qeyd edək ki, “İqtisadçı” ötən il də heyətində yer almış kubalı Daimi Ramires Eçevarria ilə danışıqları müsbət yekunlaşdırsa da, qeyri-müəyyən səbəbdən heyətdə yoxdur.