“Brno”nun Bakıya gələcəyi tarix bilindi
26.09.2013 - 10:42
“Brno”nun Bakıya gələcəyi tarix bilindi
Bakının “Lokomotiv” voleybol klubunun CEV kubokunun 1/16 final mərhələsində ilk oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Çexiya “Brno”su ilə ilk matça oktyabrın 23-də çıxacaqlar. Bakıda Voleybol Mərkəzində baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Qeyd edək ki, səfərdə olacaq cavab matçının vaxtı hələ bilinmir. Oyun oktyabrın 29-31-i aralığında baş tutmalıdır.