“Aryaduta”da Azərbaycan günü - FOTOSESSİYA
26.09.2013 - 11:30
İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunları çərçivəsində Palembanqın “Aryaduta” mehmanxanasında Azərbaycan günü təşkil edilib. Apasport.az saytının məlumatına görə, tədbir analoji yarışın 2017-ci ildə Bakıda keçiriləcəyinə həsr olunub.
Mərasim Azərbaycan Prezidenti İlham Əliyevin Oyunların iştirakçılarına və təşkilatçılara ünvanlanmış video müraciəti ilə başlayıb. Ölkə başçısı müraciətində respublikamızın sosial-iqtisadi, siyasi vəziyyəti haqqında məlumat verməklə yanaşı, İslam Oyunlarının əhəmiyyətinə toxunub və Azərbaycanın bu Oyunlara yüksək səviyyədə ev sahibliyi etmək iqtidarında olduğunu vurğulayıb.
Azərbaycan günündə 46 iştirakçı dövləti təmsil edən milli olimpiya komitələrinin prezidentləri və baş katibləri, İslam Həmrəyliyi İdman Federasiyasının rəhbərliyi, hazırkı Oyunların Təşkilat Komitəsinin nümayəndələri, həmçinin İndoneziya Hökumətinin səlahiyyətli şəxsləri, ölkəmizin İndoneziyadakı səlahiyyətli səfiri Tamerlan Qarayev və digər şəxslər iştirak ediblər.
Tədbirdə iştirak edən qonaqlar Azərbaycanın idman uğurlarını yüksək qiymətləndirib və ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarını 2017-ci ildə Bakıda yüksək səviyyədə təşkil edəcəyini əminliklərini ifadə ediblər.
Mərasimdə Azərbaycanın mədəniyyəti, idman tarixi və mətbəxini təbliğ edən videoçarx nümayiş etdirilib və ölkəmizdə mövcud olan idman və qeyri-idman obyektlərindən ibarət fotostendlər təşkil edilib, əyani vəsaitlər paylanıb. Azərbaycan günü milli musiqimizin sədaları altında davam edib.

0
0