Klublarımızın avrokuboklarda oyunlarının vaxtı dəqiqləşdi
26.09.2013 - 11:45
İtaliya klubları Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan təmsilçiləri ilə ev oyunlarının vaxtını açıqlayıb. Apasport.az saytının məlumatına görə, B qrupunda yer alan “Pyaçentsa” “İqtisadçı”nı dekabrın 12-də qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
E qrupunda olan “Azəryol” “Konegliano” ilə səfər matçına noyabrın 28-də çıxacaq. Komandamızın “Yamamay”la İtaliyadakı qarşılaşması isə dekabrın 17-nə təsadüf edəcək. Hər 2 matç Bakı vaxtı ilə 23:30-da başlayacaq.
Qeyd edək ki, klublarımızın digər rəqibləri ilə görüşləri əvvəldən bilinirdi.

0
0