Malqareta Kozux: “Azəryol”a pula görə keçdim - MÜSAHİBƏ
27.09.2013 - 12:48
“Azəryol”un yeni transferi Malqareta Kozux Almaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Bundestimin 27 yaşlı kapitanı Bakı klubuna keçidini dəyərləndirib və zədəsindən danışıb.
- Yeni komandanıza keçməyinizdə “Azəryol”un Çempionlar Liqasında oynamasının nə dərəcədə rolu var?
- Çempionlar Liqasında çıxış etmək mənim üçün çox önəmlidi. Çünki belə yüksək səviyyəli yarışda oynamaq daha nüfuzludu.
- Sizin Avropa çempionatının yarımfinalında Belçika ilə matçda barmağınızı sındırdığınız məlum olub. Bu amil yeni komandanıza uyğunlaşmaqda hansısa problem yaratmayacaq ki?
- Bundan sonra hələ ən azı 1 ay oynaya bilməyəcəyəm. Bakıya nə vaxt yollanıb, komandaya qoşulacağım tarix də məlum deyil. Bu, müayinənin nəticəsindən asılı olacaq.
- Azərbaycan klublarının daha güclü maliyyə dayaqlarına malik olduğu məlumdu. Sizin seçiminizdə bu amil rol oynadımı? Axı, siz Polşa klublarından da təklif almışdınız...
- Əlbəttə ki, Bakı klubuna keçidimdə maliyyə məsələləri vacib, hətta deyərdim ki, həlledici rol oynadı.
- “Azəryol”da perspektivinizi necə görürsüz?
- İstəyirəm ki, idmançı kimi daha da inkişaf edim və daha da irəli gedim.
- Siz Almaniya millisinin Azərbaycan Super Liqasındakı yeganə təmsilçisi olmayacaqsız. Avropa çempionatında Bundestimdə sizinlə çiyin-çiyinə çalışan Lenka Dürr də bu ölkəyə üz tutub...
- Bunu bilirəm. O, “İqtisadçı”nın şərəfini qoruyacaq. Lenka ilə yenidən görüşməyim çox maraqlı olacaq. Həm də ona görə ki, bu dəfə biz artıq rəqib olacağıq. Bir çox voleybolçular belə rəqabəti xoşlayırlar.

0
0