Rəqibimiz uduzdu, Azərbaycan çempionu 15 xal topladı
27.09.2013 - 16:44
Çempionlar Liqasının qrup mərhələsində “Azəryol”la eyni qrupda yer alan “Qalatasaray” “Qvardiya kuboku”nda ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Polşada “Bank Fakro” ilə üz-üzə gəlib.
Matç rəqibimizin məğlubiyyəti ilə başa çatıb – 1:3 (25:13, 23:25, 19:25, 15:25). Görüşdə “Rabitə”nin sabiq voleybolçusu Dobriana Rabadjiyeva da debüt edib. Azərbaycan çempionu “Qalatasaray”a 15 xal qazandırıb.
Qeyd edək ki, “sarı-qırmızılar” növbəti matçında “İmpel Qvardiya” ilə qarşılaşacaqlar.

0
0