Polyak ən yaxşı oyunçu oldu
28.09.2013 - 11:03
Polyak ən yaxşı oyunçu oldu
İstanbulda təşkil olununan beynəlxalq voleybol turnirinin “Əczacıbaşı” – “Azəryol” oyununda ən çox xal toplayan idmançının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Türkiyə klubunun 3:1 hesabı ilə qalib gəldiyi görüşdə ən çox xal toplayan 2 voleybolçu olub.

Bunlar “Əczacıbaşı”nın xorvatiyalı blokçusu Maya Polyak və “Azəryol”un yeni müqavilə imzaladığı Odina Əliyevadır. Hər 2 voleybolçunun 16 dəfə zərbəsi dəqiq olub.

Qeyd edək ki, “Azəryol” bu gün Bakı vaxtı ilə saat 18:00-da turnirin 3-cülüyü uğrunda görüşə çıxacaq. Onun rəqibi ilk turda İtaliyanın “Modena” klubuna 0:3 hesabı ilə uduzmuş digər təmsilçimiz “Azərreyl”dir.