Bakı klubları son pillələrdə
30.09.2013 - 08:38
Bakı klubları son pillələrdə
İstanbul şəhərində keçirilən qadın voleybolçular arasında beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Bakının “Azəryol” və “Azərreyl” klubları son 2 pilləni tutublar.

Belə ki, “Azəryol” ilk turda “Əczaçıbaşı”ya, “Azərreyl” ilə “Modena”ya uduzduğundan öz aralarında 3-cü yerin sahibini müəyyənləşdiriblər. Ancelo Vercesinin yetirmələri “kiçik bacıları”nı məğlub etməkdə isə çətinlik çəkməyib – 3:0. Turnirin qalibi isə yarışa ev sahibliyi edən “Əczaçıbaşı” olub. Onlar İtaliyanın “Modena” klubuna 3:1 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, hər 2 komandamız ilk matçında 0:3 hesabı ilə uduzmuşdu.