Hücumçumuzdan 15 dəqiq zərbə
30.09.2013 - 09:22
Hücumçumuzdan 15 dəqiq zərbə
Qadın voleybolçular arasında Rusiya Super Liqasında II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” “Zareçye-Odintsovo”nun qonağı olub.

Omsk klubu ilk matçında olduğu kimi yenə də 3 xal qazanıb. Onlar rəqiblərinə 3:1 (25:13, 24:26, 25:22, 27:25) hesabı ilə qalib gəliblər. Məmmədova matçda 15 xal toplayıb. Bu qələbədən sonra “Omiçka” 6 xalla Kazan “Dinamo”su və “Fakel”lə 1-3 pillələri bölüşdür.

Çempionlar Liqasında “İqtisadçı” ilə eyni qrupda yer alan Moskva “Dinamo”su da turu qalib başa vurub. Onlar Krasnodarın eyniadlı klubunu məğlub ediblər – 3:1 (21:25, 28:26, 39:37, 25:21). Paytaxt təmsilçisi bu matçdan sonra 5 xalla 4-cü yerə yüksəlib.