Faiq Qarayevin atası dünyasını dəyişdi
01.10.2013 - 11:20
Faiq Qarayevin atası dünyasını dəyişdi
Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti və qadınlardan ibarət milli komandamızın baş məşqçisi Faiq Qarayevin ailəsində itki baş verib. Lent.az-ın məlumatına görə, tanınmış mütəxəssisin atası Çoban Qarayev dünyasını dəyişib.

O, 76 yaşında ikən uzun sürən xəstəlikdən dünyasını dəyişib. Bununla əlaqədar federasiya rəhbərliyi F.Qarayevə və onun ailəsinə başsağlığı verib.