Türkiyəli baş məşqçi yığmamızın sabiq kapitanı ilə işləyəcək
02.10.2013 - 09:57
Türkiyəli baş məşqçi yığmamızın sabiq kapitanı ilə işləyəcək
“İqtisadçı” klubunda baş məşqçi Bülənt Karslıoğlunun köməkçisinin adına aydınlıq gəlib. Bu barədə apasport.az saytına məlumatı türkiyəli mütəxəssisin özü verib.

Belə ki, Karslıoğlu yenidən Azərbaycan millisinin sabiq kapitanı Fərid Cəlalovun komandada qalacağını bildirib. 2011-ci ildən “İqtisadçı”da çalışan gənc mütəxəssis ən azı yeni mövsümün sonuna kimi “tələbələrlə” işləyəcək.

Qeyd edək ki, Cəlalov 2012-2013-cü illərdə də Karslıoğlunun köməkçisi olub.