Vüqar Əliyev yenidən əsas komandada
02.10.2013 - 13:34
“Azəryol”la “Azərrey”də məşqçi dəyişikliyi baş verib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”la “Çelenc Cup”ı qazanan Vüqar Əliyev 1 illik fasilədən sonra yenidən əsas komandaya qayıdıb.
O, bu dəfə Ancelo Vercesinin köməkçisi funksiyasını yerinə yetirəcək. Gənc mütəxəssisin əvəzinə isə millimizin sabiq voleybolçusu Ruslan Motorin təyin edilib. 31 yaşlı yeni məşqçi ən azı gələn ilin aprelinə kimi Aleksandr Çervyakova köməklik edəcək.
Qeyd edək ki, bir neçə ay öncəyə kimi “Azəryol” “Azərreyl”, “Azərreyl” isə “Bakı-Azəryol” idi.

0
0