Rəqibimiz qələbələri sıralayır
03.10.2013 - 09:07
Rəqibimiz qələbələri sıralayır
Çempionlar Liqasının qrup mərhələsində “Azəryol”la eyni qrupda yer alan “Qalatasaray” “Qvardiya kuboku”nunun ardınca daha bir beynəlxalq turnirə qatılıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi yarışda ikinci matçını Rumıniyanın “Dinamo” klubuna qarşı keçirib.

Matç “sarı-qırmızılar”ın asan qələbəsi ilə başa çatıb – 3:0 (25:14, 25:19, 25:20). İlk görüşdə də “Yeşilyurt”a eyni hesabla qalib gələn rəqibimiz çempionluq üçün Almaniyanın “Şveriner” klubu ilə üz-üzə gələcək.