Mureşan Azərbaycan klubuna qənim kəsildi
03.10.2013 - 09:15
Mureşan Azərbaycan klubuna qənim kəsildi
İtaliyada təlim-məşq toplanışında olan “Lokomotiv” daha bir yoldaşlıq görüşündə gücünü yoxlayıb. Apasport.az saytının məlumatına görə, ölkəmizi CEV kubokunda təmsil edəcək Bakı təmsilçisi A seriyasında oynayacaq “Ornavasso” ilə qarşılaşıb.

Görüş “dəmiryolçular” üçün yenə uğursuz alınıb.

Belə ki, argentinalı Kladio Kuellonun gəlişi ilə yeni formalaşan komanda bu dəfə də qələbəyə həsrət qalib. Onlar apenninlilərə 1:3 (25:16, 25:21, 25:18, 25:17) hesabı ilə uduzublar. Komandamızın heyətində belaruslu Vera Klimoviç məhsuldarlıq nümayiş etdirib. O, “Lokomotiv”in aktivinə 17 xal yazdırıb.

Matçın bombardiri adına isə Diana Mureşan layiq görülüb. O, “dəmiryolçular”dan 19 xal alıb.

Qeyd edək ki, 1 gün öncə “Pyaçentsa”ya uduzan “Lokomotiv” İtaliyada daha A seriyasının debütantı “Kasalmaqqiore” ilə də qarşılaşacaq.