“Azərreyl” Türkiyədən məğlubiyyətlə ayrılır
03.10.2013 - 10:12
“Azərreyl” Türkiyədən məğlubiyyətlə ayrılır
Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən “Azərreyl” bu gün Bakıya qayıdır. Apasport.az saytının məlumatına görə, Aleksandr Çervyakovun rəhbərlik etdiyi komanda qonşu ölkəni məğlubiyyətlə tərk edir.

Belə ki, 1 gün öncə “Bursaspor”a 3:2 hesabı ilə qalib gələn komanda ardınca 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, hər 2 komanda Bakıda keçiriləcək turnirdə də mübarizə aparacaq.