“Azərreyl”in adını dəyişməsi Avropanı çaş-baş salıb
03.10.2013 - 10:29
“Azərreyl”in adını dəyişməsi Avropanı çaş-baş salıb
“Azərreyl”lə “Azəryol”un adının dəyişməsi Avropada anlaşılmazlığa səbəb olub. Apasport.az saytının məlumatına görə, ölkə xaricində bir çox mütəxəssislər bu komandalardan hansının hansı olduğunu müəyyənləşdirməyə çətinlik çəkir.

Belə ki, zəiflərdən təşkil olunan “Azərreyl”lə 2 yoxlama matçı keçirən “Bursaspor”un baş məşqçisi Emin İmen hansı komanda ilə qarşılaşdıqlarını başa düşməyib. O, əvvəllər “Azəryol” adlanan komandanın adını dəyişib “Azərreyl” olduğunu deyil, Azərbaycanın ən zəngin tarixə malik olduğunu fikirləşir.

Mütəxəssis yoxlama oyunundan sonra matçla bağlı fikirlərini bildirərkən yanlış düşündüyünü büruzə verib: “Azərbaycanı CEV kubokunda təmsil edəcək “Azərreyl” ölkəsinin ən güclü 2 komandasından biridir. 2:3 hesabı ilə uduzduğumuz ilk matç 2 saat davam etdi. Yetirmələrim ardınca ikinci oyunda 3:1 hesabı ilə qalib gələrək, məni yeni mövsümdə layiqli mübarizə aparmaq gücündə olduğumuza ümidləndirdi”.

Qeyd edək ki, ötən mövsüm “Bakı-Azəryol” adı altında oynayan indiki “Azərreyl” Super Liqanı 5-ci yerdə bitirmişdi.