Rəqibimiz beynəlxalq turnirin qalibi oldu
04.10.2013 - 08:21
Rəqibimiz beynəlxalq turnirin qalibi oldu
Çempionlar Liqasının qrup mərhələsində “Azəryol”la eyni qrupda yer alan “Qalatasaray” daha bir beynəlxalq turnirin qalibi adını qazanıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi yarışda bütün rəqiblərini məğlub etməyi bacarıb.

Belə ki, yerli “Yeşilyurt” və Rumıniyanın “Dinamo” klubuna 3:0 hesabı ilə qalib gələn “sarı-qırmızılar” birincilik üçün Almaniyanın “Şveriner”i qarşılaşıb. “Qalatasaray” bu dəfə də 1 set belə güzəştə getməyərək, oyunu qazanmaqda çətinlik çəkməyib – 3:0 (29:27, 25:19, 25:21).